Türkmənistandan Bakıya gələn gəmidə terrorun qarşısı alınıb - (VİDEO)

  12 Sentyabr 2017    Oxunub : 2130
Türkmənistandan Bakıya gələn gəmidə terrorun qarşısı alınıb - (VİDEO)

Türkmənistan xüsusi xidmət orqanları ölkənin Türkmənbaşı şəhərində əməliyyat keçirib. AzVision.az “CA-NEWS”- istinadən xəbər verir ki, xüsusi xidmət orqanı əməkdaşları avqustun 28-i Türkmənibaşıdan Bakıya gələn sərnişin bərəsində terror aktının qarşısını alıb.

Hələlik ad və soyadları açıqlanmayan Türkmənistan vətəndaşı olan iki qardaş bərəyə partlayıcı qurğu keçirməyə cəhd edərkən tutulub.

Məlumatda qeyd olunur ki, qardaşlar əvvəldən müxtəlif yerlərə bilet alıblar. Sonda Bakıya gələn bərəyə miniblər. Onlar partlayıcını hissə-hissə bərəyə keçirərək, bombanı bərənin göyərtəsinə yığmağı planlaşdırıblar. Nəşrin yazdığına görə partlayış Türkmənistanın su ərazisində törədilməli imiş.



Həmin gün bərədə 170-ə yaxın sərnişin və onlarla maşın, həmçinin Türkiyə şirkətinə məxsus yük avtomobilləri olub.

Məlumata görə, xüsusi xidmət orqanları terror aktının törədiləcəyinin əvvəlcədən bilirmiş.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Bakı   Türkmənistan