Yasamalın icra başçısı işdən çıxarıldı - Sərəncam

Yasamalın icra başçısı işdən çıxarıldı - Sərəncam
  01 İyul 2017    Oxunub:21512
Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, İ.Mehdiyev 2000-2006-cı illərdə Xətai rayon İcra Hakimiyyətinin başçısı, 2006-cı ildən bu günədək isə Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

2016-cı ildə “Şöhrət” Ordeni ilə təltif olunub. 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

AzVision.az



Teqlər: İlham-Əliyev   Sərəncam   Yasamal   İcra-başçısı  





Xəbər lenti