Deputatın rəis qardaşı həbs edilib? - Açıqlama
"Hansısa jurnalistin Dövlət Təhlükəsizliyi Xidmətinin adından yalan informasiya yayması heç cür qəbul olunan deyil. Məlumat tamamilə əsassız və qərəzlidir. Qardaşım həbs edilməyib, hazırda iş başındadır".
Qeyd edək ki, musavat.com-un yaydığı məlumata görə, Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənov saxlanılıb. Onun iş yerində, maşınında və evində axtarış aparıldığı qeyd olunub.
Məlumatda bildirilib ki, M.Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qaçaqmalçının da saxlanıldığı bildirilir.
Anar Kəlbiyev
AzVision.az