Sərxoş sərnişin təyyarədə dava saldı

Sərxoş sərnişin təyyarədə dava saldı
  01 İyul 2017    Oxunub:1651
Rusiyanın paytaxtı Moskvadan Antlayaya uçan “Red Wings” hava yollarına məxsus təyyarədə sərxoş turist dava salıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dava təxminən 1 saat davam edib.

Pilotun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, sərxoş rus turist sakitləşməyib. Təyyarə personalı və sərnişinlər onun əlləri bağlamağa məcbur olublar.

Dava salan turist Antalya hava limanına endikdən sonra saxlanılıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Rusiya   Təyyarə   Sərnişin   Sərxoş  





Xəbər lenti