Almaniyada Azərbaycana qarşı Qarabağ təxribatı
Xatırladaq ki, qondarma rejimin qanunsuz təbliğatını aparan "Artsaxın Səsi" qrupu Avropanın müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış edərək, xarici ölkə vətəndaşlarına yalan məlumatlar ötürməklə məşğuldur. Qrupun fəaliyyəti sırf Azərbaycana qarşı təxribat məqsədi daşıyır. Rəsmi Bakı bununla bağlı dəfələrlə öz etirazını bildirib.
Azərbaycanın Xarici İşlər Nazirliyi bu kimi qanundan kənar, təxribatçı addımların qəbul edilməzliyini vurğulayıb və qonşu ölkələri təxribatlara qoşulmamağı çağırıb.
Şahin Qocayev
AzVision.az
Teqlər: Ermənistan Almaniya Konsert Təxribat Qarabağ