Bakıda kişi həyat yoldaşına 14 bıçaq zərbəsi vurub

Bakıda kişi həyat yoldaşına 14 bıçaq zərbəsi vurub
  04 May 2024    Oxunub:1024
Bakı şəhərinin Suraxanı rayonunda ailə-məişət zəminində dava zamanı qadın bıçaqlanıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

1973-cü il təvəllüdlü Balabəyova Arzu Bəxtiyar qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Əri ona ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktı Suraxanı Rayon 33-cü Polis Bölməsinin əməkdaşları araşdırır.

Məlumat üçün bildirək ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.

AzVision.az


Teqlər: hadisə   cinayət   bıçaqlanma  





Xəbər lenti