ABŞ-da xəstəxanada atışma olub - 2 ölü, 6 yaralı (Yenilənib)
Silahlı insident nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Şəhər meri Bill de Blazionun sözlərinə görə, hadisəni törədən xəstəxananın keçmiş əməkdaşı 45 yaşlı Maykl Bello adlı şəxs olub.
Onun hadisədən sonra intihar etdiyi bildirilir.
***
(00:16)
ABŞ-ın Nyu-york şəhərində atışma baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı insident Bronks rayonunda yerləşən Livan xəstəxanasında qeydə alınıb.
Hadisə nəticəsində ölən və yaralıların olduğu deyilir. Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb olunub. Sakinlərə xəstəxananın ərazisindən uzaq durmaq tapşırılıb. Cinayətkarın xəstəxananın keçmiş əməkdaşı olduğu iddia edilir.
Hələlik insidentlə bağlı rəsmi məlumat verilməyib.
AzVision.az