Dənizdə batanlardan birinin meyiti tapılıb

Dənizdə batanlardan birinin meyiti tapılıb
  01 İyul 2017    Oxunub:1312
Bu gün dənizdə batan 2 nəfərdən birinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda bu gün dənizdə çimərkən batmış 2 nəfərdən birinin - 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti bu gün saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan FHN-in KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Digər bir nəfərin axtarışı davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Dəniz   Xəzər  





Xəbər lenti