Çində “Tülkü ovu” başladı

  Çində    “Tülkü ovu”    başladı
  23 Aprel 2024    Oxunub:494
Çində iqtisadi cinayətlər törətməkdə şübhəli bilinən xaricdə gizlənən Çin vətəndaşlarının axtarışı və saxlanılması məqsədi daşıyan “Tülkü ovu” antikorrupsiya kampaniyasının illik mərhələsinə start verilib.
Bu barədə Sinxua agentliyi məlumat yayıb. Qeyd olunub ki, Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin regional idarələrinə ədalətdən qaçmağa və qeyri-qanuni yolla əldə etdikləri gəlirləri xaricə köçürməyə nail olmuş şəxslərin axtarışı ilə bağlı göstərişlər verilib.

2014-cü ildə başlayan “Tülkü ovu”nun bütün dövrü ərzində Çin hüquq-mühafizə orqanları 120 ştat və ərazidə gizlənən 9 min şübhəlini vətənlərinə qaytara biliblər. Müsadirə edilən aktivlərin ümumi dəyəri 49 milyard yuan (6,7 milyard dollar) təşkil edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti