Rusiyada 3 polis güllələndi

Rusiyada 3 polis güllələndi
  22 Aprel 2024    Oxunub:638
Rusiyada naməlum şəxslər polis dəstəsinə hücum edib.
Bu barədə Life Shot Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, insident Qaraçay-Çərkəz bölgəsində baş verib.

Telegram kanalının adı açıqlanmayan mənbədən əldə etdiyi məlumata görə, növbətçi polislər Nijnidəki bazarda hücuma məruz qalıblar: "Aprelin 21-də saat 23:40-da bazar ərazisində üç nəfərlik dəstəyə hücum edilib. Onlar ərazidə patrul xidməti həyata keçirirlərmiş. Atışma nəticəsində yalnız bir polis budundan və kürəyindən aldığı güllə yaraları ilə xəstəxanaya çatdırıla bilib".

Qeyd edilir ki, tağım komandirinin müavini və digər polisi xilas etmək mümkün olmayıb. Hər üç hüquq-mühafizə orqanının əməkdaşının xidməti tapançası, həmçinin avtomatı oğurlanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti