Mənzildə köməksiz qalan azyaşlılar xilas ediliblər - VİDEO

Mənzildə köməksiz qalan azyaşlılar xilas ediliblər -    VİDEO
  19 Aprel 2024    Oxunub:674
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2013 və 2020-ci il təvəllüdlü azyaşlıları xilas ediblər.

AzVision.az


Teqlər: FHN   hadisə   xilasetmə  





Xəbər lenti