İdmançımız atçılıq üzrə beynəlxalq yarışda qalib gəlib

İdmançımız atçılıq üzrə beynəlxalq yarışda qalib gəlib
  08 Aprel 2024    Oxunub:758
Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskva şəhərində atçılığın dresaj növü üzrə keçirilən "Maksima Masters" çempionatında qalib gəlib.
AzVision.az xəbər verir ki, dördgünlük yarışda 3 atla iştirak edən təmsilçimiz cavan atlar (5-7 yaş) arasında təşkil olunan turda 4 qızıl, böyük atlar arasında turda ("Qızıl Tur") isə 2 qızıl və 1 bürünc medala yiyələnib

Yekun nəticələrə əsasən, Azərbaycan MDB dövlətləri arasında "Maksima Masters" çempionatı tarixində cavan atlar arasında keçirilən yarışlar üzrə ən yüksək qiymətə layiq görülən ilk ölkə, A.Əlibəyov isə ilk idmançı olub.

Komandanın digər üzvü Aqata Zəhrabəyova isə Almaniyanın Troysdorf şəhərində ponilər arasında keçirilən beynəlxalq yarışda 69.7 % göstərici ilə II yeri tutub.

AzVision.az


Teqlər: idman   atıçılıq   qalib  





Xəbər lenti