"Qarabağ" "Səbail"i məğlub edib

"Qarabağ" "Səbail"i məğlub edib
  06 Aprel 2024    Oxunub:1401
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
AzVision.az xəbər verir ki, günün ikinci matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4-2 hesablı qələbəsi ilə bitib. Görüşdə ilk qolu 7-ci dəqiqədə qonaqlardan Nir Bardea vurub. 15 və 40-cı dəqiqələrdə Yasin Benzianın dublu sayəsində Ağdam təmsilçisi fasiləyə üstün yollanıb.

69-cu dəqiqədə Toral Bayramov 90-cı dəqiqədə isə Nəriman Axundzadə meydan sahiblərinin üstünlüyünü möhkəmləndirib. Paytaxt klubunun ikinci hissədə yeganə qolu 88-ci dəqiqədə Rüfət Abdullazadənin ayağına yazılıb.

Günün ilk qarşılaşmasında "Turan Tovuz" evdə "Sabah"ı 2 cavabsız qolla məğlub edib. Tura sabah yekun vurulacaq.

AzVision.az


Teqlər: idman   futbol   Qarabağ  





Xəbər lenti