"Turan Tovuz" "Sabah"a qalib gəlib

"Turan Tovuz" "Sabah"a qalib gəlib
  06 Aprel 2024    Oxunub:1006
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun növbəti oyunu baş tutub.
AzVision.az xəbər verir ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Sabah" səfərdə "Turan Tovuz"un qonağı olub.

Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 26-cı dəqiqədə Aleks Souza və 82-ci dəqiqədə Otto Con vurub.

Bu nəticədən sonra xallarını 39-a çatdıran "Turan Tovuz" 6-cı pilləyə yüksəlib. "Sabah" isə 40 xalla 5-ci sırada qalıb.

XXIX turun açılış oyununda "Kəpəz" səfərdə "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib. Tur martın 7-də keçiriləcək "Zirə" – "Qəbələ" və "Neftçi" – "Sumqayıt" qarşılaşmaları ilə yekunlaşacaq.

AzVision.az


Teqlər: idman   futbol  





Xəbər lenti