"Sumqayıt" "Xəzri"yə qalib gəlib

"Sumqayıt" "Xəzri"yə qalib gəlib
  05 Aprel 2024    Oxunub:1401
Basketbol üzrə Azərbaycan çempionatında XVI turun növbəti oyunu keçirilib.
AzVision.az xəbər verir ki, günün yeganə qarşılaşması Sumqayıtda baş tutub. Yerli komanda lider "Xəzri"ni qəbul edib.

Görüş meydan sahiblərinin 87:77 hesablı qələbəsi ilə başa çatıb.

Qalibiyyət sayəsində "Sumqayıt" pley-off şansını artırıb.

"Sumqayıt" 22 xalla 7-ci, "Xəzri" isə 29 xalla birinci pillədə qərarlaşıb.

AzVision.az


Teqlər: idman   basketbol  





Xəbər lenti