Ukraynanı təmsil edən güləşçimiz Bakıda Olimpiya lisenziyası qazanıb

 Ukraynanı təmsil edən güləşçimiz Bakıda Olimpiya lisenziyası qazanıb
  05 Aprel 2024    Oxunub:1080
Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov Bakıdakı Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.
AzVision.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində yer alan idmançı macarıstanlı Kristan Vansa ilə qarşılaşıb.

Rəqibinə 5:4 hesabı ilə qalib gələn P.Nəsibov finala yüksəlməklə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Qeyd edək ki, Pərviz Nəsibov Tokio Olimpiadasının gümüş mükafatçısıdır.

AzVision.az


Teqlər: idman   güləş   Olimpiya  





Xəbər lenti