Azərbaycan Konqoda investisiya layihələrində iştirak etmək fikrindədir

  Azərbaycan Konqoda investisiya layihələrində iştirak etmək fikrindədir
  04 Aprel 2024    Oxunub:728
Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində.
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında səsləndirib.

“Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”, - deyə dövlət başçısı diqqətə çatdırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti