İqtisadiyyat nazirinin müavini slovakiyalı həmkarı ilə görüşüb

   İqtisadiyyat nazirinin müavini slovakiyalı həmkarı ilə görüşüb
  03 Aprel 2024    Oxunub:783
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Slovakiya iqtisadiyyat nazirinin müavini, nazirliyin 1-ci dövlət katibi Kamil Şaşko iki ölkə arasında mövcud iqtisadi əlaqələri müzakirə edib.
Nazirlikdən AzVision.az -a bildirilib ki, görüşdə Azərbaycan-Slovakiya əlaqələrinin uğurla inkişaf etdiyi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Bildirilib ki, Slovakiya şirkətləri ölkəmizdə sənaye, tikinti, ticarət və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Ölkələrimiz arasında enerji, humanitar, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi, infrastruktur sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi üçün potensial mövcuddur.

Tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in 3-cü maddəsinə əsasən ikitərəfli iqtisadi əməkdaşlığı əlaqələndirmək və təşviq etmək məqsədilə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupunun növbəti iclasına hazırlıq, həmçinin Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyətinə dair müzakirələr aparıblar.

AzVision.az


Teqlər: Azərbaycan   Slovakiya   görüş  





Xəbər lenti