Muxtar Babayev Asiya İnkişaf Bankının baş direktoru ilə görüşüb

 Muxtar Babayev Asiya İnkişaf Bankının baş direktoru ilə görüşüb
  03 Aprel 2024    Oxunub:989
Asiya İnkişaf Bankının Mərkəzi (Asian Development Bank) və Qərbi Asiya Regional Departamentinin baş direktoru Yevgeni Jukov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Azərbaycan   COP29   Asiya-İnkişaf-Bankı  





Xəbər lenti