Taksilərə 8 il məhdudiyyəti necə tətbiq ediləcək?

   Taksilərə 8 il məhdudiyyəti necə tətbiq ediləcək?
  03 Aprel 2024    Oxunub:756
Nazirlər Kabinetinin təsdiqlədiyi yeni tələblərə əsasən, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır.
AYNA-dan AzVision.az -a verilən məlumata görə, 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir.

"Məsələn, avtomobiliniz 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət etmisinizsə, 3 illik icazə alacaqsınız. Bu halda rəng tələbi tətbiq edilmir".

AzVision.az


Teqlər:





Xəbər lenti