Sumqayıtda 5 mindən çox abonentin qazı kəsiləcək

Sumqayıtda 5 mindən çox abonentin qazı kəsiləcək
  30 Mart 2024    Oxunub:639
Aprelin 1-də Sumqayıt şəhərində 5 300 abonenetə təbii qazın verilişində fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.

Məlumata görə, buna səbəb şəhərin Köhnə Corat və Təzə Corat qəsəbələri ərazisində qeyri-qanuni birləşmələrin ləğvi, “Təmiz Qaz” QSC-nin aşkar etdiyi qaz sızmalarının aradan qaldırılmasıdır. Odur ki, bazar ertəsi saat 10:00-dan işlər yekunlaşana qədər qaz təchizatında məhdudiyyətlər olacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti