“Qarabağ” Azərbaycan çempionu oldu

“Qarabağ” Azərbaycan çempionu oldu
  17 Aprel 2017    Oxunub:6592
Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Ağdamın “Qarabağ” klubu sona iki tur qalmış çempionluğunu elan edib.

“Qarabağ” çempionluğu rəsmiləşdirmək üçün lazım olan 3 xalı səfərdə paytaxt təmsilçisi “İnter” komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq əldə edib.

Oyunda üç xala sahib olan Qurban Qurbanovun yetirmələri bu qələbə sayəsində sona iki tur qalmış ardıcıl dördüncü dəfə Azərbaycan Premyer Liqasının çempionu adını qazanıblar.

AzVision.az


Teqlər: Qarabag   Çempion  





Xəbər lenti