Slovakiya Baş nazirinin ölkəmizə səfəri başa çatıb

Slovakiya Baş nazirinin ölkəmizə səfəri başa çatıb
  07 May 2024    Oxunub:594
Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycan Respublikasına rəsmi səfəri mayın 7-də başa çatıb.
AzVision.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

AzVision.az


Teqlər: Azərbaycan   Slovakiya   Baş-nazir   səfər  





Xəbər lenti