Şəhidin yeganə qardaşı vəfat etdi

   Şəhidin yeganə qardaşı vəfat etdi
  07 May 2024    Oxunub:681
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cahangir Tağızadənin ailəsinə ağır itki üz verib.
Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. Şəhidin yeganə qardaşı Elvin Tağızadənin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd edilib.

Mərhumun nişanlı olduğu, yaxın günlərdə toyunun olacağı bildirilib. Qeyd edək ki, əslən Kəlbəcərdən olan 19 yaşlı Cahangir Tağızadə Qarabağda aparılan antiterror tədbirləri nəticəsində şəhid olub.

AzVision.az


Teqlər:





Xəbər lenti