“YAŞAT” Fondu daha bir müharibə əlilini Türkiyəyə göndərdi

“YAŞAT” Fondu daha bir müharibə əlilini Türkiyəyə göndərdi
  07 May 2024    Oxunub:468
Müharibə əlili Niyazov Səbuhi Valeh oğlu müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib.“YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Fond qazinin müalicəsi tam yekunlaşana qədər onu nəzarətdə saxlayacaq.

Xatırladaq ki, bu günədək Fond tərəfindən 179-u ağır yaralı, 8-i şəhid ailəsi üzvü olmaqla, ümumilikdə 187 şəxsin müalicə məqsədilə Türkiyəyə göndərilməsi təmin edilib. Qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin ediləcək.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

AzVision.az


Teqlər:





Xəbər lenti