Cocuq Mərcanlıda 918 qəlpə tapılıb

Cocuq Mərcanlıda 918 qəlpə tapılıb
  16 Aprel 2017    Oxunub:1278
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 918 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Nəticə etibarilə 33 541 kv.m ərazi (991 kv.m əl ilə, 12 600 kv.m mexaniki üsulla və 19 950 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

AzVision.az


Teqlər: ANAMA   CocuqMərcanlı  





Xəbər lenti