Füzulidə top mərmisi aşkar edilib

Füzulidə top mərmisi aşkar edilib
  16 Aprel 2017    Oxunub:968
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, rayonun Əhmədalılar kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd 125 mm-lik partlamamış top mərmisi (BM-22) və 1 ədəd partlamış PQ raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb.

Nəticə etibarilə 150 kv.m ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   Füzuli  





Xəbər lenti