Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
  16 Aprel 2017    Oxunub:1074
Fransada keçiriləcək prezident seçkiləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir.
Bu barədə Fransanın daxili işlər naziri Mattias Fekl bildirib. Nazir deyib ki, səsvermə günləri ölkədə asayişin təmin olunması üçün 57 min polis işçisi səfərbər ediləcək.

67 min seçki məntəqəsində təhlükəsizlik təmin ediləcək.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.

AzVision.az


Teqlər: Fransa   Seçki  





Xəbər lenti