Həftənin ilk iş günü hava necə olacaq?

Həftənin ilk iş günü hava necə olacaq?
  16 Aprel 2017    Oxunub:1589
Aprelin 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-10° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 17-də hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər: Hava   Külək   Yağış  





Xəbər lenti