Qusarda ikimərtəbəli ev yanıb

Qusarda ikimərtəbəli ev yanıb
  16 Aprel 2017    Oxunub:1295
Qusarda yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Qusar rayonu, Hil kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 130 m2 sahədə yanıb.

Evin qalan hissəsi və qonşu evlər yanğındn mühafizə olunub. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Qusar   Yanğın   FHN  





Xəbər lenti