Türkiyə xalqı referenduma "Hə" dedi - Nəticələr açıqlandı (Yenilənib)

Türkiyə xalqı referenduma "Hə" dedi - Nəticələr açıqlandı (Yenilənib)
  17 Aprel 2017    Oxunub:25272
Bu gün Türkiyədə keçirilən referendumun ilkin nəticələri məlum olub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bülletenlərin 99,9 faizi artıq sayılıb. Nəticələrə əsasən seçicilərin 51.20 faizi referenduma "Hə", 48.80 faizi isə "yox" deyib.

***

Türkiyədə referendumda bülletenlərin 98%-i sayılıb.

Bu dəqiqəyə olan məlumata görə, seçicilərin 51,21 faizi Konstitusiyaya dəyişikliyi dəstəkləyib, 48,79- fazi seçici isə referenduma "yox" deyib.

***

Türkiyədə bülletenlərin 97,46 faizi sayılıb.

Nəticələrə əsasən seçicilərin 51.29 faizi konstitusiya dəyişikliyinə “hə”, 48.71 faizi “yox” deyib.

***

Türkiyədə bu gün keçirilən referendumunda bülletenlərin 94 faizi sayılıb.

Son məlumatlara görə, seçicilərin 52.1 faizi Konstitusiya dəyişikliyinin lehinə, 47.8 faizi əleyhinə səs verib.

***

Türkiyədə referendumda bülletenlərin 94%-i sayılıb.

Bülletenlərin 94 faizinin sayılmasından sonra seçicilərin 51.83 faizi Konstitusiya dəyişikliyinin dəstəkləyib.

***

Bu saatadək bülletenlərin 76.89 faizi sayılıb. Nəticədə seçicilərin 54.08 faizi konstitusiya dəyişikliyinə “hə”, 46.09 faizi “yox” deyib.

***

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, seçicilərin 57.1 faizi Konstitusiya dəyişikliyinin lehinə, 42,9 faizi əleyhinə səs verib.

***

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı ümumxalq səsverməsi başa çatıb.

Seçki məntəqələri yerli vaxtla saat 17:00-da bağlanıb. İlkin məlumata görə, seçici fəallığı 84.05 faiz olub.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendumda səs verib.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan yeni idarəetmə sisteminin Türkiyənin sürətli inkişafına yol açacağını deyib.

Türkiyənin baş naziri Binali Yıldırım isə İzmir şəhərində konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs verib.

***
(09:15)

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum başlayıb. Bir sıra vilayətlərdə yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə 8:00) seçki məntəqələri səsvermə üçün açılıb. Ölkənin bütün ərazisində səsvermə saat 17:00-da başa çatacaq.

Türkiyədə 55 milyon 319 min 222 seçici qeydə alınıb və seçki məntəqələrində 167 min 140 qutu qoyulub. Referendumun gedişi və səslərin sayılması 10 siyasi partiya tərəfindən izlənəcək.

Ölkə qanunlarına görə, ümumxalq səsverməsi günü radio, televiziya və digər KİV-lər yerli vaxtla saat 18:00-dək seçkinin nəticələri ilə bağlı xəbərlər, proqnozlar və şərhlər verə bilməz. Saat 18:00-21:00 arasında isə referendum haqqında yalnız Ali Seçki Komissiyası tərəfindən verilən informasiyalar yayımlanacaq.

Xatırladaq ki, Türkiyədən kənarda yaşayan türklər təmsil olunduqları ölkələrdəki diplomatik nümayəndəliklərdə yaradılan səsvermə məntəqələrində siyasi iradələrini ifadə ediblər. Xaricdəki səsvermə 19 ölkədə keçirilib. Bundan başqa, Türkiyənin gömrük-keçid məntəqələrində də səsvermə büroları fəaliyyət göstərib.

Bu, Türkiyə tarixində Konstitusiyaya dəyişikliklə bağlı sayca 7-ci referendumdur.

AzVision.az


Teqlər: Türkiyə   Referendum   AKP   Ərdoğan  





Xəbər lenti