Bölgələrdə intensiv yağış yağacaq

Bölgələrdə intensiv yağış yağacaq
  16 Aprel 2017    Oxunub:1490
Bu gün Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 8-11° isti, gündüz 15-19° isti, Bakıda gecə 9-11° isti, gündüz 16-18° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu,nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər: Hava   Yağış   Şimşəm  





Xəbər lenti