1636 nəfər prezident olmaq istəyir

1636 nəfər prezident olmaq istəyir
  16 Aprel 2017    Oxunub:2204
İranda prezident seçkilərində iştirak etmək üçün 1636 nəfər qeydiyyatdan keçib.
Bu barədə seçkilərin keçirilməsi üzrə qərargahın rəhbəri Əli Əsgər Əhmədi deyib: “Bunlardan 137 nəfəri qadın, 1499 nəfəri kişidir. Namizədlərdən ən gəncinin 18, ən yaşlısının isə 92 yaşı var”.

Qeyd edək ki, qeydiyyat aprelin 11-də başlayıb və bu gün axşam başa çatıb. Sabahdan başlayaraq, namizədlərin seçimi mərhələsi start götürəcək.

İran Konstitusiyasının Keşikçiləri Şurası 16-20 aprel tarixlərində namizədlərin seçki qanunvericiliyinə uyğunluğunu yoxlayaraq, onların seçimini həyata keçirəcək.

AzVision.az


Teqlər: İran   Seçki   Prezident  





Xəbər lenti