Cocuq Mərcanlıda 1037 qəlpə aşkar edib

Cocuq Mərcanlıda 1037 qəlpə aşkar edib
  16 Aprel 2017    Oxunub:1427
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1037 qəlpə aşkar ediblər.
Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə, 36 min 61 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan AzVision.az-a verilən məlumata görə, 57 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi yeddi partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 823 min 139 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 15-dək 5129 partlamamış hərbi sursat, tank əleyhinə 81 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 879 min 903 kvadratmetr ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   CocuqMərcanlı  





Xəbər lenti