Hələbdə partlayış: Azı 70 nəfər ölüb (Yenilənib)

Hələbdə partlayış: Azı 70 nəfər ölüb (Yenilənib)
  16 Aprel 2017    Oxunub:1309
Suriyanın Hələb şəhərində baş verən partlayış nəticəsində azı 70 nəfər həlak olub, 130 nəfər yaralanıb.
"RİA Novosti"nin verdiyi xəbərə görə, minalanmış maşın təxliyə edilmiş vətəndaşların avtobuslarının dayanacağında partlayıb. Həlak olanlar arasında Fua və Kefraya yaşayış məskənlərindən avtobuslar vasitəsilə təxliyə edilən çoxlu sayda qadın və uşaq var idi.

Fua və Kefraya artıq 3 ildir terrorçuların nəzarətindədir. Mühasirədə olan əhali aclıqdan əziyyət çəkir. Yaraqlılar tərəfində öldürülənlərin sayı iki mini keçib.

***
(19:43)

Suriyanın Hələb şəhərində terror aktı törədilib.

Hadisə nəticəsində 22 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Məlumata görə, terror aktını terrorçu-kamikadze törədib.

AzVision.az


Teqlər: Suriya   Terror   Hələb  





Xəbər lenti