Putin and içdi - Video

Putin and içdi - Video
  07 May 2024    Oxunub:755
Rusiya prezidenti Vladimir Putin Kremldə keçirilən inauqurasiya mərasimində and içərək dövlət başçısı vəzifəsinin icrasına başlayıb.
İnauqurasiya mərasimi Böyük Kreml Sarayının Müqəddəs Endryu zalına Rusiya dövlət bayrağının, prezident bayrağının, Rusiya Konstitusiyasının və Rusiya Prezidentinin nişanlarının təntənəli şəkildə təqdim edilməsi ilə başlayıb.

Andiçmə mərasimi yaylım atəşlərinin sədası altında yekunlaşıb. Bu, Putinin siyasi karyerasında beşinci andiçmə mərasimidir. Onun hazırkı səlahiyyət müddəti 2030-cu il mayın 7-də başa çatacaq.






Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti