İrəvanın acgöz meri büdcəni talayır
Aprelin 2-də keçirilən parlament seçkilərində şəhər meri Taron Markaryan Respublika partiyasının proporsional siyahısında ikinci sırada seçkilərin saxtalaşdırılmasında apardığı xüsusi canfəşanlıqdan sonra İrəvan şəhər meri seçkiləridə də yenidən Sarkisyan təşkilatının siyahısına rəhbərlik edir.
Nəticədə anlamaq çətin deyil ki, Respublikaçılar yeni seçkilərdə səs çoxluğu əldə etmək üçün pullar paylayacaq. Bundan başqa, bu ilin satınalma planının aşkara çıxardığı məlumatlara görə, İrəvanın acgöz şəhər meri büdcədən 6500 dramlıq 24 kiloqram şokolad alıb, qəhvə üçün 112 min 500 dram xərcləyib.
Şahin Qocayev
AzVision.az
Teqlər: Ermənistan