İran İslam Respublikasının Prezidenti Həsən Ruhani aprelin 14-də Daxili İşlər Nazirliyinə gələrək ikinci müddətə prezident seçilmək üçün namizədliyini qeydiyyatdan keçirib.
H.Ruhani İranda kifayət qədər təcrübəli siyasi xadimlərdən biridir. Prezident seçildikdən sonra İranın dünya ilə inteqrasiya olunması siyasətinə başlaması onun nüfuzunu daha da artırıb. Prezident H.Ruhani İranın nüvə proqramını məhdudlaşdırmaqla iqtisadi sanksiyaların böyük bir qisminin aradan qaldırılmasına nail oldu.
Xatırladaq ki, mayın 19-da İranda 12-ci prezident seçkiləri keçiriləcək. (AzərTAc)