Bakı Nəqliyyat Agentliyi vətəndaşlara müraciət edib

Bakı Nəqliyyat Agentliyi vətəndaşlara müraciət edib
  14 Aprel 2017    Oxunub:2491
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçiriləcək.
BNA-dan AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq İslamiadadan əvvəl və yarışlar zamanı ictimai nəqliyyatın iş rejimi ilə bağlı məlumatlar, avtobus marşrutlarındakı dəyişikliklər, bağlanan yollar və oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında, o cümlədən "Bakı-2017" xüsusi hərəkət zolaqları ilə bağlı ən son rəsmi məlumatları əldə etmək üçün BNA-nın rəsmi informasiya mənbələrinə (www.bna.az internet səhifəsi, qurumun "Facebook" səhifəsi, mətbuat xidməti), eləcə də Oyunların internet səhifəsinə (www.baku2017.com) müraciət etməyiniz xahiş olunur. Bununla yanaşı, oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında ən son məlumatların "AvtoRadio" (107.7 FM) vasitəsilə də ictimaiyyətə yayılması təmin ediləcək.

Məlumatlandırma ilə yanaşı, BNA IV İslam Həmrəyliyi Oyunları zamanı prioritet hesab etdiyi missiyasına uyğun olaraq yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün maarifləndirmə kampaniyası da həyata keçirəcək.

AzVision.az


Teqlər: BNA   IVİslamHəmrəyliyiOyunları  





Xəbər lenti