DTX-nın təcridxanası yoxlanılıb

DTX-nın təcridxanası yoxlanılıb
  14 Aprel 2017    Oxunub:2637
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində bir çox saxlanılan şəxs fərdi qaydada qəbul edilib və dinləniliblər.

Qəbul edilmiş şəxslər saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının onlarla rəftarından və müəssisədə saxlanılma şəraitindən şikayət etməyib, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Fərdi qaydada qəbul zamanı saxlanılan şəxslərin barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə bəzi müraciətlər yerində araşdırılıb və sənədləşmənin aparılması vəziyyəti öyrənilib, hər birinə hüquqi məsləhətlər verilib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub.

Yekunda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

AzVision.az


Teqlər: Ombudsman   DTX  





Xəbər lenti