Bakıda istirahət mərkəzi uçdu: 2 ölü (Adlar+Yenilənib)

Bakıda istirahət mərkəzi uçdu:  2 ölü (Adlar+Yenilənib)
  12 Aprel 2017    Oxunub:18099
Bakıda binada baş verən uçqun nəticəsində yaralanan 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.
Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov AzVision.az-a bildirib ki, onlara 3 xəstə daxil olub. Bunlar 1983-cü il təvəllüdlü Orucov Ayaz Bayram oğlu, 1977-ci il təvəllüdlü Şükürov Təbriz Hüsən oğlu və 1962-ci il təvəllüdlü Mehdiyev Əmir Teymur oğludur.

“Xəstələrdən birinin bud sümüyü sınıb, o reanimasiyadadır. Birinin isə baldır sümüyü sınıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Gətirilən bir xəstəyə isə baxış keçirilir, çox gümanki evə buraxılacaq”.

***

Bakıda tikilməkdə olan istirahət mərkəzinin uçması nəticəsində 2 nəfər dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova AzVision.az-a bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.

***

Bakıda tikilməkdə olan istirahət mərkəzi uçub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hadisə Səbail rayonu, Şıx qəsəbəsində “Green City” istirahət mərkəzində baş verib.

Uçqun altında qalanların olduğu bildirilir. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri artıq uçqun altından 1 nəfərin meyitini çıxarıblar.

Axtarışlar davam etdirilir.


Aytən Zəhra

AzVision.az


Teqlər: FHN   Uçqun   Bakı  





Xəbər lenti