Ali məktəblərə sənəd qəbulu başa çatıb

Ali məktəblərə sənəd qəbulu başa çatıb
  12 Aprel 2017    Oxunub:856
Ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb.

I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən 85 min 497 abituriyent elektron ərizəsini təsdiqləyib.

Elektron ərizəsini təsdiqləməyənlər imtahana buraxılmayacaqlar.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanları II və III ixtisas qrupları üzrə aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.




Teqlər: DİM   İmtahan   Qəbul  





Xəbər lenti