Rayon xəstəxanalarında yeyinti faktları aşkar edilib

Rayon xəstəxanalarında yeyinti faktları aşkar edilib
  10 Aprel 2017    Oxunub:1619
Hesablama Palatası Sabirabad, Cəlilabad, Ucar və Goranboy Mərkəzi Rayon xəstəxanalarında 59 nöqsan aşkar edib.

AzVision.az xəbər verir ki, adıçəkilən rayonların mərkəzi xəstəxanalarında büdcə qanunvericiliyinin tələbləri ilə bağlı 29, əsaslı qoyuluşlar (tikinti) üzrə 4, dövlət satınalmaları ilə bağlı 11 və mühasibat uçotu və hesabatlılıqla bağlı 14 nöqsan aşkar edilib.

Həmçinin büdcə gəlirlərinin hesablanılması, yığılması və ödənilməsi ilə bağlı Sabirabad rayon Mərkəzi Xəstəxanasında 1 nöqsan aşkar edilib.

Hesabatda qeyd edilib ki, Goranboy rayon Mərkəzi Xəstəxanasında aparılmış audit nəticəsində 8,7 min manat məbləğində vəsaitin iqtisadi təsnifat kodunun dəyişdirilməsi halı ilə bağlı materiallar müvafiq prokurorluq ünvanına göndərilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: HesablamaPalatası  





Xəbər lenti