Xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək

Xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək
  07 Aprel 2017    Oxunub:1484
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Qurumdan AzVision.az-a verilən məlumata görə qərb rayonlarından başlayaraq ölkə ərazisində aprelin 9-u axşam hava şəraitinin dəyişəcəyi, aprelin 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək.

AzVision.az


Teqlər: Hava   yağış   qar  





Xəbər lenti