Tovuzda ağır qəza, 5 nəfər yaralanıb

Tovuzda ağır qəza, 5 nəfər yaralanıb
  07 Aprel 2017    Oxunub:1116
Tovuz rayonunda yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun 429 kilometrliyində, Tovuz rayonunun Düzqırıxlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-21011" markalı maşınla toqquşub. Nəticədə sürücülər və üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sürücülərin vəziyyəti normal, sərnişinlərin - Düzqırıxlı kənd sakini, 1966-cı il təvəllüdlü Nazilə Mahmud qızı Quliyeva, Düzqırıxlı kənd sakini, 1985-ci il təvəllüdlü Leya Mübariz qızı Mehdiyeva və Təbriz Dəmir qızı Mehdiyevanın vəziyyətləri isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

AzVision.az


Teqlər: Tovuz   Qəza   Yaralı  





Xəbər lenti