Gəncədə qanunsuz tikili söküldü - VİDEO

Gəncədə qanunsuz tikili söküldü -    VİDEO
  23 Aprel 2024    Oxunub:470
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gəncədə qanunsuz tikilini söküb.
Bu barədə AzVision.az -a FHN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Gəncə-Qazax avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol kənarında qanunsuz qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.



AzVision.az



Teqlər:





Xəbər lenti