Albaniya ilə viza rejimi ləğv edilir

  Albaniya ilə viza rejimi ləğv edilir
  23 Aprel 2024    Oxunub:471
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti