Məhkəmə qarşısında özünü yandıran fəal öldü

Məhkəmə qarşısında özünü yandıran fəal öldü
  20 Aprel 2024    Oxunub:663
ABŞ-nin keçmiş prezident Donald Trampın məhkəməsinin keçirildiyi Nyu Yorkda məhkəmə binası qarşısında intihara cəhd etmiş fəal xəstəxanada ölüb.
AzVision.az xəbər verir ki, bu barədə “The New York Post” polisə istinadən məlumat yayıb.

Bundan əvvəl Trampın məhkəməsinin keçirildiyi məhkəmə binasına gələn bir nəfərin intihara cəhd etməsi barədə xəbərlər yayılmışdı. Nyu-Yorkda məhkəmə binası qarşısında təkbaşına piket keçirən fəal intihardan əvvəl bel çantasından broşuraları çıxararaq havaya atıb. Onlardan birində “əzazil milyarderlər” haqqında yazılıb.

Amerikalı düz televiziya kameraları qarşısında özünü öldürməyə çalışıb.

Şahidlərdən biri jurnalistlərə "Bu, dəhşətli hadisə idi" deyib.

Səlahiyyətlilər Mak Azarello adlı 37 yaşlı amerikalının sağ qaldığını və xəstəxanada ağır vəziyyətdə olduğunu bildirirdilər. O, aprelin 20-də dünyasını dəyişib.
AzVision.az



Teqlər:





Xəbər lenti