Azərbaycanda məhkəmə sədri vəfat edib

Azərbaycanda məhkəmə sədri vəfat edib
  03 İyul 2017    Oxunub:3760
Göyçay Rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyev bu gün səhər saatlarında vəfat edib.
Bu barədə AzVision.az-a Göyçay Rayon Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, F.Əfəndiyev yaşadığı evdə ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Fərhad Əfəndiyev 1958-ci ildə anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, 1985 - 1999-cu illərdə Azərsənayetikinti` Dövlət Şirkətinin Mənzil-Kommunal İdarəsində hüquq məsləhətçisi, 1999`-cu ildə Hüquq ədəbiyyatı` nəşriyyatı firmasında Qanunvericiliyin sistemləşdirilməsi və nəşrə hazırlanması qrupunun rəhbəri və eyni zamanda `Hüquqi dövlət və qanun` jurnalında məsul katib, 1999 - 2000-ci illərdə Bakı Şəhər Prokurorluğunda mətbuat xidməti üzrə aparıcı mütəxəssis, 2000 - 2007-ci illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2007 - 2012-ci illərdə Mingəçevir Şəhər Məhkəməsinin sədri vəzifələrində işləyib.

2012 -ci ildən Göyçay Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Məhkəmə   Ölüm   Göyçay  





Xəbər lenti