Kürdə batan polisin meyiti tapıldı

Kürdə batan polisin meyiti tapıldı
  03 İyul 2017    Oxunub:1881
Kür çayında batan digər polis əməkdaşının da meyiti tapılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 2-də Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış digər 1 nəfərin - 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi saat bu gün saat 09:27-də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, bundan öncə Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış iki nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

AzVision.az


Teqlər: Kür   meyit   FHN  





Xəbər lenti